Qusar Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası həkim müayinələri keçirib. Bu haqda ShimalNews 30 yanvar tarixində xəbər verir.
Samur qəsəbəsində kardioloq, nevroloq, ginekoloq, oftalmoloq qəbulları keçirilib. Eləcə də qan analizləri götürülüb və müvafiq müalicələr təyin olunub.
Məlumata görə, müraciətlərin çoxu kardioloq müayinəsi ilə bağlı olub.