Qusarın icra başçısı Şair Alxasov Xuluq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 5 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər.
Sakinlər kəndin qazlaşdırılmasına, internet və telefon rabitəsi ilə təmin olunmasına, odun tədarükündə mövcud çətinliklərin aradan qaldırılmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.