Qusar sakini cücə istehsalı üçün lazım olan avadanlıqla təmin olunub. Bu barədə ShimalNews 30 yanvar tarixində məlumat verir.
“Qusar Qadın Resurs Mərkəzinin üzvü olana kimi qohum-qonşudan başqa, heç bir tanışım yox idi. Amma indi tanışlarımın sayı artdıqca artır”, – deyə şəhər sakini Lyudmila xanım bildirib.
“Sahibkarlığın və biznes bacarıqlarının inkişaf etdirilməsi” təlimində iştirak edərək qalib gələn sahibkar qadın artıq ailəsinə də dəstək ola bilir. Bu isə onu xoşbəxt edir.