Qusar sakinini talayan şəxs tutulub. Bu barədə ShimalNews 27 iyul tarixində Den.az-a istinadən xəbər verir.
Qubadan olan 18 yaşlı İlyas Məmmədov iyulun 6-sı Qusar şəhər sakini Tamerlan Aslanovun plastik kartını ələ keçirib. Onun vasitəsi ilə Quba şəhərində yerləşən müxtəlif iaşə obyektlərində alış-veriş etməklə 106 manat məbləğində pulu xərcləyib.
Polis tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İlyas şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də məlumdur ki, İlyas Bakı Mühəndislik Universitetinin 2-ci kurs tələbəsidir.