Qusarda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 5 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ləcət kəndində ümumi sahəsi 60 kv.m olan tövlənin 40 kv.m-i və 6 ton ot bağlamasının 3 tonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.