Qusar rayon Uşaq İncəsənət Məktəbinin müəlliməsi təqaüdə göndərilib. Bu barədə ShimalNews 3 iyul tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına istinadən məlumat verir.
Cəmilə Babayevanın 65 yaşının tamam olması və təqaüdə çıxması ilə bağlı tədbir keçirilib. Komitə adından ona Fəxri Fərman və hədiyyə təqdim olunub.
Sonda xatirə şəkli çəkilib və xoş arzular səsləndirilib.