Qusar rayonunda gənclər üçün təşkil edilən proqramlaşdırma dərsləri davam edir. Bu haqda 5 iyul tarixində ShimalNews məlumat verir.
Tədbir “Technest” təqaüd proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilir. “Full stack” proqramlaşdırma dərsləri çərçivəsində gənclər artıq HTML, CSS, JavaScript, PHP proqramlaşdırma dilləri üzrə onlayn və oflayn təlimləri uğurla yekunlaşdırıblar.
Proqramın məqsədi gənclərin İT sahəsində bilik və bacarıqlarını inkişaf etdirərək karyeralarının bu sahədə davamına dəstək göstərməkdir.