Sərbəst güləş idman növü üzrə U-17 zona birinciliyi Qusarda keçirilib. Bu haqda ShimalNews 2 aprel tarixində məlumat verir.
70 idmançı Olimpiya İdman Kompleksində Respublika birinciliyinə vəsiqə qazanmaq üçün mübarizə aparıb. Çempionatda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, Xaçmaz Olimpiya İdman Kompleksinin direktoru Rafiq Zülfüqarov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov iştirak ediblər.