Qubada "Kitab bizim zəka mənbəyimizdir" adlı tədbir təşkil olunub. Bu barədə ShimalNews 25 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Görüş Quba rayon MKS-in Hacıhüseynli kənd kitabxana filialının təşkilatçılığı ilə baş tutub. Tədbir kitabxananın fəal oxucularının iştirakı ilə çay süfrəsi arxasında keçirilib.