top
Qubanın Amsar kəndində sel təhlükəsi artır – Yüksək gərginlik xəttinin dirəyi aşmaq üzrədir
Video
08 iyun 2026, 15:52
- ↺ +

Qubanın Amsar kəndində sel təhlükəsi artır – Yüksək gərginlik xəttinin dirəyi aşmaq üzrədir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Amsar kəndində sel təhlükəsi yenidən sakinləri narahat etməyə başlayıb.

Shimal.News-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, kəndin "Çayüzü" adlanan hissəsində yerləşən yüksəkgərginlik elektrik xətlərinin dirəyi ciddi təhlükə altındadır. Sel suları dirəyin ətrafındakı torpaq qatını yuyub apardığından onun hər an aşma ehtimalı yaranıb.

Sakinlər bildirirlər ki, problem yeni deyil. Əvvəlki sel hadisələri zamanı da ərazidə yol və sahil hissələri zərər görüb. Hətta həmin vaxt yuyulan ərazilərin bir hissəsi burada yaşayan vətəndaşlardan biri tərəfindən şəxsi vəsaiti hesabına bərpa olunub. Lakin son yağışlar və təkrarlanan sel hadisələri nəticəsində vəziyyət yenidən ağırlaşıb.

Onların sözlərinə görə, hazırda sel suları yolun kənarlarında ciddi eroziya yaradıb. Bu isə həm nəqliyyatın hərəkəti, həm də ərazidə yaşayan insanlar üçün təhlükə yaradır. Xüsusilə elektrik dirəyinin aşması ehtimalı sakinlərin narahatlığını daha da artırır.

Kənd sakinləri qeyd edirlər ki, çayın məcrasının dəyişməsi nəticəsində hər güclü yağışdan sonra problem daha da böyüyür. Buna baxmayaraq, ərazidə nə sahilbərkitmə işləri aparılıb, nə də hər hansı qabaqlayıcı tədbirlər görülüb.

Sakinlər aidiyyəti qurumları əraziyə baxış keçirməyə və təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Onlar xəbərdarlıq edirlər ki, vaxtında müdaxilə olunmasa, növbəti sel həm yol infrastrukturuna, həm də yaxınlıqdakı yaşayış evləri və elektrik təsərrüfatına ciddi ziyan vura bilər.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər