Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qatılanlar arasında Qubadan olan tələbələr də var. Bu haqda bu gün, 28 mart tarixində Shimal.news ADPU-nun Quba filialına istinadən xəbər verir.
Təhsil ocağının direktoru, dosent Yusif Alıyev aksiyaya qoşulan tələbələrlə görüşüb. Görüş zamanı ekofəallar təəssüratları ilə bölüşüblər, daha sonra tədbir iştirakçıları gənclərə öz fikirlərini çatdırıblar.
"Eko-aktivistlərin, media mənsublarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin dinc aksiyası zamanı Quba filialının tələbələrinin iştirakı bizləri qürurlandırır.
Bu aksiya Azərbaycan xalqının birliyini, Azərbaycan gəncliyinin də mübarizliyini bir daha dünyaya nümayiş etdirib”, - deyə Alıyev söyləyib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri ötən ilin dekabr ayının 12-dən aksiyaya başlayıblar.