Qubada Türkiyə Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib. Bu barədə ShimalNews 16 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir bu gün İcra Hakimiyyətinin, Xəzər Universitetinin, MUSIAD Azərbaycanın və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.
Qonaqlar sırasında Türkiyə səfirliyindən və İstanbul Universitetindən nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi ailələri, rayon ictimaiyyətinin nümayəndələri olublar.
