Quba rayonundan keçən Samur-Abşeron kanalında 1 nəfər batıb. Bu barədə ShimalNews 5 iyul tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Hacıqaib kəndi ərazisində baş verib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.