Quba rayonu İspik kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib. Bu haqda ShimalNews 6 may tarixində məlumat verir.
Qəbulda Rayon Mərkəzi Xəstəxanasının pediatrı, şüa-diaqnostiki, laborantı, mama-ginekoloqu, terapevti, cərrahı iştirak ediblər. Sakinlərdən müvafiq qan analizləri alınıb və ona uyğun olaraq müalicə təyin olunub.
Əsas məqsəd ahıl və həssas qruplara daxil olan əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir.