Qubanın Zərdabi qəsəbəsində yoluxucu virus infeksiyası olan qızılcaya qarşı ödənişsiz peyvənd olunma həyata keçiriləcək. Bu barədə ShimalNews 14 mart tarixində məlumat verir.
Peyvəndləmə saat 9:00-dan 15:00-a kimi həkim məntəqəsində aparılacaq. Müraciət edənlər 10-40 yaş arası olmalıdırlar və şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərlər.