Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba rayonu ərazisində qanunsuz kömür istehsalına qarşı yoxlamalar keçiriblər. Bu barədə ShimalNews 29 mart tarixində məlumat verir.
Araşdırma zamanı Möhüc kənd sakini Bilal İsayev və Tülər kənd sakini Elnur Muradovun qanunu pozduqları müəyyən edilib.
Faktlarla bağlı həmin şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.