Qubada qanunsuz kömür istehsalının qarşısı alınıb. Bu haqda ShimalNews 6 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları yoxlamalar keçiriblər. Nəticədə Əski İqrığ kənd sakini İsmayıl Şabanovun istismar etdiyi quyu aşkarlanaraq ləğv edilib. Həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv edilib.