Quba rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu barədə ShimalNews 7 aprel tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Quba rayonunun Digah kəndi ərazisində “Yeni Bağ” MMC tərəfindən kəsildiyi məlum olub:
“Faktla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.