Quba şəhərində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Bu barədə ShimalNews 23 iyul tarixində rayon İH-yə istinadən məlumat verir.
Görüş şəhərin “Media şəhidləri parkı”nda baş tutub. Tədbirdə icra başçısı Ziyəddin Əliyev, kütləvi informasiya vasitələrinin əməkdaşları, YAP rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
İlk öncə Qarabağ müharibəsi zamanı şəhid olan jurnalistlərin xatirəsi ehtiramla anılıb. Daha sonra çıxış edən icra başçısı jurnalistləri peşə bayramı münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzulayıb. Tədbirin sonunda göstərilən diqqətə görə mətbuat nümayəndələri rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.