Qubada İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) erkən aşkarlanması məqsədilə müayinələr aparılıb. Bu haqda ShimalNews 22 iyun tarixində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə istinadən xəbər verir.
Müayinə və maarifləndirici aksiya QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə baş tutub. “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzində yüzlərlə insan öz statusunu dəqiqləşdirib, ekspres-testdən keçiblər.
Təcrübəli həkimlər tərəfindən aksiyaya qoşulanlara xəstəliyin yoluxma yolları, ödənişsiz müayinə və müalicəsi barədə ətraflı məlumat verilib.