Qubada 8 nəfər sürücü avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edərkən saxlanılıb. Bu barədə ShimalNews 7 may tarixində məlumat verir.
Dövlət Yol Polisi rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirib. Həmin vaxt 4 sürücünün narkotikin təsiri altında olduqları və daha 4 sürücünün spirtli içki qəbul edərək sükan arxasına əyləşdikləri məlum olub. Onların barəsində qanunla nəzərdə tutulan tədbirlər görülüb.