Quba rayonunda fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 3 fevral tarixində məlumat verir.
Tədbir Qımılqışlaq kənd tam orta məktəbində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda baş tutub.
İştirakçılara baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklər verilib. Onların sualları cavablandırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.