Quba şəhərindən olan 3 məzuna medallar təqdim olunub. Bu barədə ShimalNews 27 iyul tarixində Regional Təhsil İdarəsinə (RTİ) istinadən xəbər verir.
Təhsil ilinin sonunda RTİ tərəfindən Texniki Təmayüllü Liseyin məzunu Polad Atayev və 3 nömrəli tam orta məktəbin məzunu Cavidan Balayev qızıl, Texniki Təmayüllü Liseyin məzunu Vüsal İbrahimov isə gümüş nişanla təltif ediliblər.
Məlumat üçün bildirək ki, Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 11-ci sinif məzunlarına 5283 attestat verilib. Onlardan 52 nəfərinə fərqlənmə attestatı təqdim olunub.