Quba rayonunun Zərdabi qəsəbə İƏD üzrə icra nümayəndəliyində təyinat olub. Bu haqda ShimalNews 6 aprel tarixində məlumat əldə edib.
Sabiq icra başçısı Ziyəddin Əliyevin dövründə vəzifəsindən azad olunan Ramin Nəcəfov yenidən nümayəndə vəzifəsini icra edəcək. Artıq məhkəmə prosesi yekunlaşıb.
Həmin dövrdən bu günədək 2 nəfər R.Nəcəfovun yerində çalışıb. Sonuncu - Elxan Qasımov Qırmızı Qəsəbə icra nümayəndəliyinə baş mühasib təyin edilib.