Quba-Xaçmaz Regional Təhsil İdarəsi (RTİ) işə qəbul üçün müsabiqə keçirir. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinə başlanılır. Hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilərlər.
Namizədlər üçün tələblər:
-pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
-10 ildən az olmayaraq pedaqoji staj;
-direktor vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Daha ətraflı link üzrə https://guba.edu.gov.az/az/page/6646/75080