Quba-Xaçmaz Regional Təhsil İdarəsində (RTİ) vətəndaş qəbulu keçirilib. Bu barədə ShimalNews 2 fevral tarixində məlumat verir.
Vətəndaşlar, əsasən, yardımçı pedaqoji və texniki vəzifələrə işə qəbulla bağlı müraciət ediblər.
Onlara bildirilib ki, ümumi təhsil müəssisələrində işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Bununla bağlı öncədən idarənin açıq internet informasiya resurslarında elan yerləşdirilir.