Quba rayonu ərazisindən çınqıl-qum qarışığının qanunsuz daşınması aşkar olunub. Bu haqda ShimalNews 22 mart tarixində məlumat verir.
Faktla bağlı Vəlvələçay çayının rayon ərazisindən keçən hissəsində fəaliyyət göstərən "VVN" MMC-nin iş icraçısı Yaşar Qurbanov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.