Qubadan olan Vətən muharibəsi qazisi Ağamalı Mikayılov xəstəxanaya yerləşdirilib. Bu haqda 5 aprel tarixində Shimal.news məlumat verir.
Səhhətində yaranan problemlə əlaqədar olaraq, 2-ci qrup əlil olan qazi Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Hazırda Ağamalı nevrologiya şöbəsində stasionar müalicə alır.
Ağamalı Mikayılov Xocavənd rayonunun Qırmızı Bazar ərazisi ətrafında gedən döyüşlərdə noyabrın 2-də yaralanıb. O, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.