Qubanın icra başçısı İlqar Mahmudov Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin yeni binasında son tamamlama işləri ilə tanış olub. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
İnşa prosesinin gedişatı və burada yaradılan şəraitlə tanışlıq keçirilib. Binanın içməli su təminatı ilə əlaqədar aidiyyəti şəxslərlə müzakirələr aparılıb. Məsələnin qısa vaxt ərzində həll olunması üçün aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.