Quba və Qusar rayonlarından olan fermerlər üçün yeni subsidiya qaydaları izah olunub.
ShimalNews xəbər verir ki, təlim Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda baş tutub.
İştirakçılara bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən Quba-Xaçmaz iqtisadi rayonunda tələblərə cavab verən yeni salınacaq alma, armud, gilas, fındıq və qoz bağlarına birdəfəlik subsidiya ödəniləcək. Onların əmsalları və tələbləri ilə bağlı müvafiq nazirliyin internet səhifəsində məlumat yerləşdirilib.