İyulun 1-i Quba və Qusar rayonlarının qaz xətlərində Tədbirlər Planına uyğun olaraq, təmir işləri aparılacaq. Bu haqda ShimalNews 29 iyun tarixində məlumat verir.
Qubanın Dəlləkli kəndi istiqamətində 76 mm-lik qaz xətti dayaqlar üzərinə qaldırılacaq. Saat 10:00-dan etibarən mavi yanacaq təchizatı dayandırılacaq. Həmin müddətdə ümumilikdə 189 abonentin qaz təminatında fasilə yaranacaq.
Qusarın Balaqusar və Həsənqala kəndləri istiqamətində 159 mm-lik qaz xətti dayaqlar üzərinə qaldırılacaq. Saat 10:00-dan etibarən ümumilikdə 630 abonentin qaz təminatında fasilə yaranacaq.