Qudyalçayın Quba rayonu ərazisindən keçən hissəsində abadlıq işləri görülüb. Bu barədə ShimalNews 24 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz ölkəm” aksiyası çərçivəsində ETSN-in, icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin, könüllülərin iştirakı ilə məişət tullantıları yığışdırılaraq daşınıb.
Hər kəsə təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırış səsləndirilib.