Qubada yaşıllaşdırma işləri davam edir. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib. Tədbir zamanı 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib, onlara aqrotexniki qulluq olunub.
Aksiyada xəstəxananın direktoru, müavinlər, tibb və qeyri-tibb heyəti iştirak edib.