Quba rayon sakini Sumqayıt şəhərində lombarda saxta qızıl üzük verib. Əvəzinə isə 350 manat əldə edib. Bu barədə ShimalNews 27 iyul tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Bu əməlin üstü açılanda polisə məlumat verilib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər oğurluq və narkotik üstündə məhkum olunmuş Bəxtiyar Qasımov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma aparılır.