Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədi ilə iclaslar keçirilib. Bu haqda ShimalNews 2 fevral tarixində məlumat verir.
Tədbirdə pedaqoji heyət və valideynlər, həmçinin yerli hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. İclaslarda valideyn-məktəb münasibətlərində səmərəliliyin artırılması, valideynlərin məktəbə və təlim-tədris prosesinə cəlbi üsulları, məktəb daxilində ümumi intizam qaydalarına riayət olunması, həmçinin təhlükəsiz məktəb naminə müxtəlif təşkilati və maarifləndirici tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilir.