Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vətəndaşların səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 1 aprel tarixində məlumat verir.
Aprelin 4-ü rayon rəhbəri İlqar Mahmudov Əlik İƏD-ə daxil olan Qrızdəhnə kəndində (klub binasında) vətəndaşlarla görüşəcək. Burada onların müraciətləri dövlət qurumu nümayəndələrinin iştirakı ilə dinləniləcək.