Quba rayonunda gənclərlə görüş keçirilib. Bu haqda ShimalNews 2 fevral tarixində məlumat verir.
Tədbir 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Olimpiya İdman Kompleksində təşkil edilib. Görüş zamanı il ərzində rayonun ictimai həyatında fərqlənən fəal gənclərin təltifetmə mərasimi keçirilib.
Toplantıda Quba - Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev, İdarənin könüllüləri və fəal gənclər iştirak ediblər.