Quba-Qusar avtomobil yolunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News məlumat verir ki, qəzada bir neçə nəfər xəsarət alıb.
Eləcə də yolun hərəkət hissəsi müvəqqəti olaraq bağlanıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.