Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub. Bu haqda ShimalNews 30 yanvar tarixində məlumat verir.
Quba, Qusarda yağan qarın hündürlüyü 3 mm təşkil edib. Ərazilərdə
duman müşahidə olunub. Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşıb.
Dağlıq rayonlarda 6 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta qeydə alınıb.