Qubanın Xaruşa kənd orta məktəbində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Bu barədə ShimalNews 13 oktyabr tarixində Qafqaz TV-yə istinadən xəbər verir.
Məktəbin 7-ci sinif şagirdi Nanə Zeynalova və 6-cı sinif şagirdi Dəniz Zeynalova bacıları bu tədbirin keçirilməsinə səbəbkar olublar. Onlar şəhid ailələrinə qayğı cəmiyyətinin rayon şöbəsinin sədri Zaur Gülməmmədova məktub yazıblar və qazilərlə məktəblərində görüş keçirilməsini xahiş ediblər.
Vətən Müharibəsi qaziləri Elgün Nəsrullayev, Anar Quliyev və Hüseynağa İsayev məktəbin qonağı olublar. Onlar zəfər yolundan, ağır döyüşlərdən, ordumuzun yüksək əhvali-ruhiyyəsindən danışıblar.
Sonda məktəbin müəllim və şagird kollektivi qonaqlarla xatirə şəkli çəkdiriblər.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/10/120.mp4"][/video]