Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara “Yox” deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda ShimalNews 3 may tarixində məlumat verir.
Tədbir Xucbala kənd tam orta məktəbində olub. Gənclərə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində məlumat verilib. Eləcə də bildirilib ki, narkotik aludəçiliyi həmin şəxsin təkcə özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur.
Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub.