Qubada yeniyetmənin dəm qazından ölməsinin təfərrüatları açıqlanıb. Bu haqda ShimalNews 1 fevral tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
İlkin araşdırma zamanı məlum olub ki, 14 yaşlı Ayla Vəlixanova yaşadığı evin həyətindəki hamamda çimərkən boğulub. Meyit tibbi ekspertiza edilib.
Hazırda Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha öncə Hacıhüseynli kəndində yetkinlik yaşına çatmayan qızın ölməsi haqda məlumat vermişdik.