Quba “ASAN xidmət” mərkəzi 20-24 mart tarixlərində fəaliyyət göstərməyəcək. Bu barədə ShimalNews 19 mart tarixində quruma istinadən məlumat verir.
Mərkəzdə Novruz bayramı ilə əlaqədar sadalanan günlər qeyri-iş günləri olacaq. Martın 25-dən etibarən vətəndaşlar müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.