Quba və Şabran rayonlarında payız əkin mövsümünə hazırlıq işləri davam edir. Bu barədə ShimalNews 26 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə ərazidə şumlama aparılıb. Qubada 9, Şabranda isə 2 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri aparılıb.
Bura Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.