Qubada “Milli birliyin möhkəmləndirilməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib. Bu haqda ShimalNews 22 mart tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə çıxış edənlər mənəvi dəyərlərin tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxdığını qeyd ediblər.
Maarifləndirmə tədbirində Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tariximiz, mədəniyyətimiz, milli bayramlarımız haqqında fikirlər səsləndirilmiş, müzakirələr aparılmış, DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən maarifləndirici və məlumat xarakterli ədəbiyyat yeniyetmələrə hədiyyə edilmişdir.