Qubada bir sıra kəndlərdə fəaliyyət göstərən poçt şöbələri bağlanıb. Bu barədə ShimalNews 27 iyul tarixində xəbər verir.
Əldə olunan məlumata görə, müəssisələr iyulun 25-dən fəaliyyətini dayandırıb. Bu, hələ ki Söhüb, Küpçal, Çici, Xucbala və Yerfi kəndlərinin şöbələrində baş verib. Səbəb kimi isə onların gəlir gətirmədiyi bildirilib.
“Burada yaşayanlar məktub və bağlama göndərmək üçün 30-50 km məsafə qət etməli olacaqlar. Su, qaz, vergi və işığa görə ödənişlər necə olacaq, bilmirik”, - deyə sakinlər fikir bildiriblər.