Qubada rayon başçısı vətəndaşlarla görüşüb. Bu haqda ShimalNews 4 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda iştirak edən 37 nəfər məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müdafiə məsələləri ilə bağlı İlqar Mahmudova müraciət ediblər. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb, araşdırılması lazımi məsələlər isə müvafiq qurumlara yönləndirilib.
İlqar Mahmudov qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.