Quba Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Bu haqda ShimalNews 5 aprel tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
İcra başçısı İlqar Mahmudovun müavini Şahin İsrafilov olacaq. O, bundan öncə Quba-Xaçmaz regional Mədəniyyət İdarəsinin rəis müavini işləyib. Daha öncə isə Xaçmaz Gənclər İdarəsində rəis, Pensiya İdarəsində və Təhsilin regional Maliyyə İdarəsində rəhbər kimi çalışıb.