Qubada gənclər üçün "Komanda quruculuğu" təlimi keçirilib. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
"Təcrübəçilərin İnkişaf Proqramı" çərçivəsində təşkil olunan tədbirdə "Komandanın formalaşması", "İş yerində komanda işinin faydaları", "Komandada ünsiyyət" və s. mövzular haqda iştirakçılara məlumat verilib.
Təlim zamanı müxtəlif oyunlar təşkil edilib, praktiki tapşırıqlar yerinə yetirilib.