Qubada yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bağbanlı qəsəbəsində ümumi sahəsi 40 kv.m olan talvar və altında 1.5 ton ot bağlamasının 0.8 tonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.